"Yahoo" keçmiş nüfuzunu qaytarmağa can atır
- Müəllif: sakamuka
- |
- Şərhlər: 0
- |
- Baxılıb: 133
- |

“Yahoo” şirkəti yeni icraçı direktorunun adını açıqlayıb. Şirkətin İdarə Heyəti bu vəzifəyə onlayn ödəniş sistemi olan “Pay pal” şirkətinin rəhbəri Skot Tompsonu təyin edib. Skot Tompson “Yahoo”nun gəlirləri zəiflədiyinə görə sentyabr ayında vəzifəsindən azad edilmiş Kerol Bartzı əvəz edəcək.
Şirkətin internet xidmətlərindən 2000-ci illərin əvvəllərində böyük insan ordusu istifadə edirdisə, son zamanlar əsas axtarış sistemi olan “Google” istifadəçi baxımından “Yahoo” şirkətini xeyli geridə qoyub. Şirkətin aktivləri xeyli geriləyib, nəticədə bir səhmin qiyməti 15 dollara düşüb. “
Yeni icraçı direktor təyin etməklə, rəhbərlik “Yahoo”nun keçmişdəki nüfuzunu qaytaracağına böyük ümidlər bəsləyir.












