Rss
Шаблоны dle, а также модули и хаки бесплатно
Son şərhlər
Sual
Daha çox hansi Sosial Şebekedən istifadə edirsiz?
Facebook
YouTube
Twitter
Google+
Odnoklasniki
Hamısından
Heçbirindən

Reklam
Hal-hazırda saytda
Istifadəcilər (1):
Qonaqlar
(7):
Botlar (2):
Ümumi saytda: 10
Ən fəal istifadəçilər
alican
xeber: 260
serh: 7
Admin
xeber: 221
serh: 37
sakamuka
xeber: 207
serh: 19
M.Ali
xeber: 28
serh: 19
ElViN
xeber: 12
serh: 0
Partnyorlar









» Maraqlı və məsləhətli » 4 yaşlı rəssam qızcığaz 1 milyon dollarlıq rəsm satıb

4 yaşlı rəssam qızcığaz 1 milyon dollarlıq rəsm satıb


  • Müəllif: Admin
  • |
  • Şərhlər: 0
  • |
  • Baxılıb: 88
  • |
4 yaşlı rəssam qızcığaz 1 milyon dollarlıq rəsm satıb


Dünyanın ən kiçik rəssamı Aelita Andre incəsənət aləmini şoka salıb. Cəmi 4 yaşı olan bu qız ABŞ və İtaliyada şəxsi sərgilərini keçirib. Balaca Aelitanın rəsmlərinin çoxu artıq şəxsi kolleksiyalarda özlərinə yer tapıblar.

Bu qədər kiçik bir uşağın rəsmlərinin bütün dünyaya məşhur olması unikal bir haldır. Maraqlısı odur ki, qızcığaz rəsm çəkməyə hələ 1 yaşı tamam olmamış başlayıb.

Balaca Avstraliyalı qızcığazın əl işləri daha çox abstrakt və sürrealistik istiqamətə yaxındır. Valideynlərinin sözlərinə görə, qızcığaz rəsm çəkməyi çox sevir. Yeri gəlmişkən, kiçik istedadın anası – rusiyalı fotoqraf Nina kalaşnikova, atası isə avstraliyalı rəssam Mayko Andredir.

Aelitanın ən bahalı rəsminin qiyməti 30 min dollardır, satılmış rəsmlərinin qiyməti isə milyon dollara çatır. O, istədiyi rəsmləri çəkir, nəyi və necə təsvir edəcəyinə özü qərar verir. Lakin digər rəssamlardan fərqli olaraq, qızcığazın fikri elə hər bir uşağın fikri kimi tez-tez yayılır.

O, işlərini atıb oyun oynaya bilər, lakin başladığı rəsmi mütləq bitirir. Aelitanın digər maraqları da var. O, pianoda çalır, mahnı oxuyur, bir də şirin qızcığaz şokoladı çox sevir.
.
Aelita Avstraliyanın Milli vizual incəsənət assosiasiyasının üzvüdür. Bəzən onun rəsmləri tənqidçilərin böyük mübahisəsinin səbəbi olur, çoxları uşağın məharətini şübhə altına salmağa çalışır.
.
Bir dəfə Melburnun incəsənət qalereyasının müdiri naməlum rəssamın reproduksiyalarını çox bəyənir. O, bu rəsmləri sərgi ekspozisiyasına daxil etməyi qərara alır. Bu əsərlərin müəllifi olan Aelitanın cəmi 2 yaşı olduğunu öyrənən müdirin təəccübünün həddi-hüdudu yox idi.

Aelitanın rəsmlərinin sərgisi bu yay Nyu-Yorkda Agora Gallery, sentyabr ayında isə Toskanada Chianciano-da keçirilib.


İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

facebook